Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, budəfəki yeniliyin müəllifi də çinlilərdir. Belə ki, çinli qadınlar arıqladıqlarını nümayiş etdirmək üçün qəribə üsula əl atıblar.
Qadınlar körpücük sümüklərinə qəpik qoymaqla selfi çəkirlər və bununla da artıq çəkilərindən xilas olduqlarını sübut edirlər. Bəziləri isə qəpik yerinə yumurta belə qoymağa üstünlük veriblər.
Qeyd edək ki, bir qədər əvvəl gənclər İnstaqramda əllərini bellərindən dolayaraq göbəklərinə toxunarkən çəkdirdikləri şəkilləri paylaşmağa başlamışdılar.