Kıvanç Tatlıtuğun dəniz şousu – fotolar

Kıvanç Tatlıtuğun dəniz şousu – fotolar
1825 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Kıvanç Tatlıtuğ sevgilisi Başak Dizerlə tətilinə davam edir.

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, cütlük Bodrumda dincəlir. Dənizə girən aktyor su idmanı ilə məşğul olaraq maraqlı şou göstərib. Paparassiləri görən Kıvanç daha sonra evinin yaxınlığındakı çimərliyə yollanıb.

O, Başakın haker hücumuna məruz qalan “Twitter” hesabından yayılan “Kıvançla evlənirik” sözləri ilə bağlı danışmaq istəməyib. Kıvanç evlənmə planının olub-olmaması ilə əlaqədar sualı da cavabsız qoyub. Aktyorun artıq çəkiləri diqqətdən qaçmayıb.