Baş nazir küçədə yoqa göstərdi – fotolar

Baş nazir küçədə yoqa göstərdi – fotolar
699 dəfə oxunub
  • A-
  • A
  • A+
Hindistanın baş naziri Narendra Modi 21 iyun Dünya Yoqa Günündə paytaxt Dehlidə minlərlə insanın müşayiətiylə yoqa ilə məşğul olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl paytaxt küçələrini süpürməsiylə gündəmə gələn nazir bu dəfə ağappaq geyimi ilə yoqa edib.

Modi ilə bərabər bu bayramı aralarında şagirdlər, bürokratlar, əsgərlər olan 35 min nəfər keçirib.

Mərasim təxminən 35 dəqiqə çəkib. Narendra Modinin yoqası zamanı güclü təhlükəsizlik tədbirləri görülüb.