“Xəzər” telekanalında yayımlanan “Evdəkilərə salam” verilişi Maestro Ceyhunun bağ evində qonaq olub.
Axşam.az-ın məlumatına görə, sənətçi mənzilini öz zövqü ilə dizayn etdiyini bildirib. O, bağ evinin atasından ona miras qaldığını deyib:
“Təbiiliyi sevirəm. Ona görə də evimin hər yerində təbiəti xatırladan bir nüans var. Bir də mənzildə divardan silahlar asılıb. Ovçuluğu xoşlayıram. Bağımda vəhşi çöl quşları saxlayıram".