Azər Tağıyev mübarizəni dayandırıb - yenilənir

Azər Tağıyev mübarizəni dayandırıb -  yenilənir
918 dəfə oxunub
  • A-
  • A
  • A+

Avropa Oyunlarının qılıncoynatma yarışlarına start verilib.

Axşam.az xəbər verir ki, “Baku Crystal Hall”da Avropanın ən güclü qılıncoynadanların mübarizəsi başlayıb. Beş yarış günü ərzində 216 qılıncoynadan fərdi və komanda şəklində rapira, şpaqa və sablya yarışlarında iştirak edəcək.

Qılıncoynatma yarışlarında 16 idmançımız birincilik uğrunda mübarizə aparacaq. Bunlar Cavanşir Ağakişiyev, Sevil Bunyatova, Abdulla Həsənov, Sabina Mikina, Fatimə İbrahimova, Azər Tağıyev, Cavanşir Səfərov, Sevinc Bunyatova, Nəcəf Məhərrəmov, Vəkil Nəsibov, Samirə Hüseynova, Kənan Əliyev, Nübar Məlikova, Mehrab Həsənov, Elmira Xudaverdiyeva və Məryam Məlikovadır.

Qılıncoynatma yarışlarının ilk günündə qadınlar arasında şpaqa yarışlarına start verilib. Bu növdə Azərbaycanı Elmira Xudaverdiyeva, Samirə Hüseynova, Məryəm Məlikova və Nübar Məlikova birincilik uğrunda mübarizə aparır.
__________

Qadın şpaqaçılarımız yarışa uğursuz start veriblər. Belə ki, təmsilçilərimiz keçirdikləri görüşləri məğlubiyyətlə başa vuraraq mərhələ adlaya bilməyiblər.
_____________

Kişilər arasında qılıncoynatmanın sablya növü üzrə fərdi yarışlara start verilib. Bu növdə Azər Tağıyev, Abdulla Həsənov, Cavanşir Səfərov və Cavanşir Ağakişiyev birincilik uğrunda mübarizə aparır.
____________

Kişilərin sablya yarışlarında 6 qrupda 36 idmançı mübarizə aparıb. Təmsilçilərimizdən Azər Tağıyev “A”, Abdulla Həsənov “D”, Cavanşir Səfərov “E”, Cavanşir Ağakişiyev “F” qrupunda güclərini sınayıblar.

A.Həsənov bütün görüşlərdə uduzaraq sonuncu yeri tutub. Digər sablyaçılarımız hərəyə bir dəfə qalib gəliblər. Yeganə qələbə A.Tağıyevə 4-cü yeri tutmaq üçün kifayət edibsə də, digər iki idmançımız 5-ci olublar.

Bununla da Azər Tağıyev onaltıdabir finala yüksələn yeganə təmsilçimiz olub. Bu mərhələdə təmsilçimiz rumıniyalı Tiberiu Dolniçeanu ilə görüşüb. Tağıyev 5:15 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.