Müğənni Gülbən Ərgənin keçmiş həyat yoldaşı Mustafa Ərdoğan köməkçisi və sarışın qadınla restoranların birində obyektivlərə tuş gəlib.Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, şəkillərinin çəkildiyini görən Ərdoğan əvvəlcə köməkçisinin arxasında gizlənməyə çalışsa da, istəyinə nail ola bilməyib.
Bundan əsəbləşən Mustafa jurnalistlərə əsəbləşərək “Sizə şəkil çəkməyə icazə vermişəm? Məni yerimdən qaldırmayın”, - deyə xəbərdarlıq edib.
Daha sonra M.Ərdoğan sarışın qadına masadan qalxmasını söyləyib.