Ebrunun ismarışına atasından cavab: "...onu öldürərəm"

Ebrunun ismarışına atasından cavab: "...onu öldürərəm"
13662 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ebru Gündeşin 4 yaşında onu və anasını tərk edən atasına Atalar günündə göndərdiyi ismarışı cavabsız qalmayıb.

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, məsələ ilə bağlı ifaçının atası Rəmzi Gündeşin yaşadığı mağazada çəkiliş aparılıb. Müğənninin valideyni övlad kimi Ebrudan çox razı qaldığını bildirib:

“Mən ona baxmadım, amma o mənim qayğımı çəkdi. Ebru haqqında kim ən xırda söz söyləsə belə, onu öldürərəm. Zarafat etmirəm, qızıma söz deyənin həyatını məhv edərəm”.

R.Gündeş qızının ona aldığı evdə niyə yaşamaması ilə bağlı suala isə belə cavab verib:

“Mənim üçün mağaza rahatdır. Ebru ailə qurub, onu narahat edə bilmərəm. Mən onu, o da məni sevir. Övladım üçün lazım olsa, dilənərəm. Mən ölsəm belə, onun xoşbəxt olmasını istəyirəm”.