70-ci illərin seks-simvolu dünyasını dəyişdi

70-ci illərin seks-simvolu dünyasını dəyişdi
4461 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış italyan aktrisa, 1970-ci illərin seks-simvolu sayılan Laura Antonellinin cəsədi tapılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 74 yaşlı aktrisanın meyidini evində qulluqçusu aşkarlayıb. Təcili tibbi yardım çağırılsa da, Lauranın həyatını xilas etmək mümkün olmayıb.

L.Antonellinin aktrisa kimi ilk debütü 1965-ci ildə “On altı illiklər” filmində kiçik rolla başlayıb. O, məşhurluğu isə “Hiyləgərlik” filminə görə qazanıb. Bundan sonra o, bir sıra erotik çəkilişlərdə yer alıb. 1991-ci ildə Lauranın üzərindən kokain aşkarlandığından həbs olunub. Lakin aktrisanın həbsi ev dustaqlığı ilə əvəz edilib. Yalnız 10 il sonra L.Antonelli sərbəst buraxılıb.

Laura “Xəyal” filminin çəkilişləri zamanı üzünə edilmiş uğursuz kollaqen ineksiyadan sonra depressiyaya düşmüş və psixloji problemləri yaranmışdı. Elə bu səbəbdən aktrisa son 20 ildir ki, evdən çölə çıxmamış, insanlardan uzaqlaşmışdı.