Azərbaycan 52 medala çatdı - reytinq

Azərbaycan 52 medala çatdı - reytinq
3172 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bakı 2015” ilk Avropa Oyunlarının on altıncı yarış günündə Azərbaycan yığması 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Axşam.az-ın məlumatına görə, bununla da təmsilçilərimizin qazandığı medalların sayı 52 olub.

Boksçularımız Elvin Məmişzadə, Kollazo Sotomayor qızıl, Yana Alekseyevna isə gümüş medala layiq görülüb.

Paralimpiyaçı cüdoçuların yarışında isə İlham Zəkiyev qızıl, Səbinə Abdullayeva gümüş,  Zakir Mislimov isə bürünc medal qazanıb.

Son oyun günündən sonra reytinq cədvəlinin lideri dəyişməyib. Rusiya medallarının sayına görə birincidir: 69 qızıl, 34 gümüş, 36 bürünc (139).

Azərbaycan siyahıda ikinciliyini qoruyub (18 qızıl, 14 gümüş, 20 bürünc). Böyük Britaniya isə iki gündür ki, üçüncü pillədədir. 16 qızıl, 8 gümüş, 16 bürünc).

Türkiyə 27 medalla 14-cü yerdə qərarlaşıb. (5 qızıl, 4 gümüş, 18 bürünc). 

Medalların sayına görə, ölkələrin bu ana olan onluq siyahısını təqdim edirik: