"Qələbəmi onlara həsr edirəm" - Elvin

"Qələbəmi onlara həsr edirəm" - Elvin
2158 dəfə oxunub
  • A-
  • A
  • A+

"Finaldakı rəqibimi əvvəlcədən tanıdığım üçün döyüş mənim üçün çətin olmadı. Gözlədiyimdən də asan qələbə qazandım. Finalda keçirdiyim görüş əvvəlkilərdən daha asan oldu".

Axşam.az-ın məlumatına görə, bu sözləri “Bakı-2015” birinci Avropa Oyunlarının boks yarışlarında 52 kiloqram çəki dərəcəsində qızıl medal qazanan gənç idmançımız Elvin Məmişzadə AZƏRTAC-a müsahibəsində deyib.

Qələbəni ailəsinə və Azərbaycan əsgərinə həsr etdiyini söyləyən Elvin Məmişzadə bildirib:

“Bildiyiniz kimi, bu gün Azərbaycanda Silahlı Qüvvələr Günüdür. Buna görə də qələbəmi ailəmə və səngərlərdə xidmətdə olan yoldaşlarıma həsr edirəm”.