Üzgüçülər 11 dəst medal uğrunda mübarizə aparacaq - yenilənir

Üzgüçülər 11 dəst medal uğrunda mübarizə aparacaq -  yenilənir
540 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə sonuncu yarış gününün oyunları başlayıb.

Axşam.az-ın məlumatına görə, yarışların sonuncu günündə 11 dəst medal uğrunda mübarizə aparılır.
________________

Artıq kişilər arasında 50 metr məsafəyə sərbəst, 400 metr məsafəyə fərdi kompleks və 4x100 metr məsafəyə qarışıq estafet, habelə qadınlar arasında 50 metr məsafəyə kəpənək və 4x200 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışları başa çatıb.

Azərbaycan idmançısı Anna Mançenkova 50 metr məsafəyə kəpənək üsulu üzmədə 30.98 saniyə, Qriqori Kalmınski, Anton Jeltyakov, İvan Andrianov və Dorian Fazekasdan ibarət komandamız 4x100 metr məsafəyə qarışıq estafetdə 3:52.91 dəqiqə nəticə göstəriblər.

Bu gün axşam kişilər arasında 400 metr məsafəyə fərdi kompleks üzmə, 100 metr məsafəyə brass üsulu, 50 və 200 metr məsafəyə sərbəst üsulla, 4x100 metr məsafəyə qarışıq estafet, qadınlar arasında 50 metr məsafəyə kəpənək üsulu, 100 metr məsafəyə arxası üstə, 100 metr məsafəyə brass və 50 metr məsafəyə kəpənək üsulu ilə, 200 metr məsafəyə isə fərdi kompleks üzmə yarışları keçiriləcək.