"Bakı 2015"in bağlanış mərasimi ilə bağlı video

"Bakı 2015"in bağlanış mərasimi ilə bağlı  video
3719 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı 2015 Avropa Oyunlarının diqqəti bazar günü keçiriləcək Bağlanış Mərasiminin möhtəşəm finalı üçün Olimpiya Stadionuna yönələcək.

Axşam.az-ın məlumatına görə, vida şousu Avropa üzrə 50 ölkənin idmançılarını birləşdirəcək.

Təntənəli Avropa Oyunlarında sonuncu dəfə Bakının gecə səması 10000 fişəng atəşfəşanlığı sayəsində işıq saçarkən idmançılar yenidən mərkəzə toplaşacaq və ailələri, məşqçiləri, əlavə Alovqoruyan könüllülər, eləcə də sponsorlar və ictimaiyyət ilə bayram şənliyinə qoşulacaqlar.

Ceyms Hadleyin rəhbərliyi altında Bakı 2015 Bağlanış Mərasimi iştirak edənlər və bütün dünyada milyonlarla izləyici üçün tamaşaçı şousu olacaq və yüz minlərlə tamaşaçının şahidi olduğu 17 günlük həyəcanlı yarışlara son qoyacaq. Bu, birinci Avropa Oyunları ərzində Bakıya gələn minlərlə qonağa böyük səmimiyyət göstərən və ənənəvi isti Azərbaycan qarşılanmasını təklif edən 12500 Alovqoruyanların gücünü tanıdacaq.

Bağlanış Mərasimi 68000 tamaşaçı qarşısında və bütün dünyada 800 milyondan artıq insanın izləməsi üçün televiziyada yayımlanaraq yeni tikilmiş Olimpiya Stadionunda baş tutacaq.

Qeyd edək ki, bağlanış mərasimini əks etdirən video yayılıb: