Cüdoçularımız Avropa Oyunlarında iştiraklarını yekunlaşdırıblar - yenilənir

Cüdoçularımız Avropa Oyunlarında iştiraklarını yekunlaşdırıblar -  yenilənir
1551 dəfə oxunub
  • A-
  • A
  • A+

Birinci Avropa Oyunları çərçivəsində keçirilən cüdo yarışları davam edir.

Axşam.az-ın məlumatına görə, cüdo yarışlarının üçüncü günündə kişilər arasında 90, 100 və 100 kiloqramdan yuxarı, qadınların mübarizəsində isə 78 və 78 kiloqramdan yuxarı çəki dərəcələrində idmançılar tatami üzərinə çıxırlar.

Yarışda Ramin Qurbanov (90 kq) portuqaliyalı Selio Dias, dünya çempionu Elxan Məmmədov xorvatiyalı Zlatko Kumriç, Elmar Qasımov (hər ikisi 100 kq) Xorxe Fonseka (Portuqaliya) - Qriqori Minaskin (Estoniya) qarşılaşmasının qalibi ilə, Uşanqi Kokauri (100 kq-dan yuxarı) isə sloveniyalı Matyas Çeray ilə üz-üzə gələcək.

Qadınların mübarizəsində Günel Həsənli (78 kq) İtaliya təmsilçisi Assunta Qaleone ilə qarşılaşacaq.
_______________

Cüdoçumuz Uşanqi Kokauri (100 kq-dan yuxarı) birinci Avropa Oyunlarına qələbə ilə başlayıb. Sloveniyalı Matyas Çerayı məğlub edən Avropa çempionatının gümüş mükafatçısı Uşanqi Kokauri səkkizdəbir finalda gürcüstanlı Levani Matiaşvili ilə qarşılaşacaq.
____________

Dünya çempionu Elxan Məmmədov (100 kq) "Bakı-2015"-də ilk qələbəsini qazanıb. Xorvatiyalı Zlatko Kumriçi ipponla məğlub edən cüdoçumuzun səkkizdəbir finaldakı rəqibi Çexiya təmsilçisi Lukas Krpalek olacaq.
___________

Mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulacaq Avropa çempionu, "Bakı-2015"-in açılış mərasimində ölkəmizin bayraqdarı Elmar Qasımovun (100 kq) ilk rəqibi müəyyənləşib. Təsnifat mərhələsində estoniyalı Qriqori Minaskini məğlub edən Portuqaliya təmsilçisi Xorxe Fonseka cüdoçumuza rəqib olub.

Qadın cüdoçumuz Günel Həsənli (78 kq) İtaliya təmsilçisi Assunta Qaleone məğlub olaraq birinci Avropa Oyunlarında iştirakını yekunlaşdırıb.
____________

Mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan cüdoçumuz - Avropa çempionu, "Bakı-2015"-in açılış mərasimində Azərbaycan komandasının bayraqdarı Elmar Qasımovun (100 kq) ilk rəqibi müəyyənləşib. Təsnifat mərhələsində estoniyalı Qriqori Minaskini məğlub edən Portuqaliya təmsilçisi Xorxe Fonseka cüdoçumuza rəqib olub.

Qadın cüdoçumuz Günel Həsənli (78 kq) İtaliya təmsilçisi Assunta Qaleone məğlub olaraq birinci Avropa Oyunlarında iştirakını yekunlaşdırıb.
______________

Daha bir cüdoçumuz yarışa qələbə ilə başlayıb. Avropa çempionatının bürünc mükafatçısı, 2009-cu ildə Serbiyada təşkil olunan Universiadanın qalibi Ramin Qurbanov (90 kq) portuqaliyalı Selio Diası məğlub edərək səkkizdəbir finala yüksəlib. Cüdoçumuzun növbəti rəqibi macarıstanlı Kristian Totsdur.
______________________

Elxan Məmmədov Çexiya təmsilçisi Lukas Krpalekə, Elmar Qasımov (hər ikisi 100 kq) portuqaliyalı Xorxe Fonsekaya, Uşanqi Kokauri (100 kq-dan yuxarı) isə gürcüstanlı Levani Matiaşviliyə uduzaraq birinci Avropa Oyunlarında iştiraklarını yekunlaşdırıblar.