15-ci gümüş medalı Xaybulla Musalov qazanıb

15-ci gümüş medalı Xaybulla Musalov qazanıb
621 dəfə oxunub
  • A-
  • A
  • A+

Rinqə çıxan daha bir boksçumuz – Xaybulla Musalov milli komandamızın aktivinə 15-ci gümüş medalı yazıb.

Axşam.az-ın məlumatına görə,yarışda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Xaybulla Musalov finalda gənclər arasında Avropa çempionatının gümüş medalçısı irlandiyalı Maykl Oreylli ilə qarşılaşmadan məğlub ayrılaraq ikinci yerlə kifayətlənməli olub.

Bu çəki dərəcəsində bürünc medallara Rusiya idmançısı Maksim Koptyakov və macarıstanlı Zoltan Harcsa layiq görülüb.