Kardaşyanların adını eşitmək istəmədi, studiyanı tərk etdi - video
Klip
23:55 / 12.08.15
3493dəfə oxunub
A-
A
A+
“FOX 35” kanalında aparıcılıq edən Con Braun canlı yayımda əsəbləşib.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, buna səbəb digər studiyadakı aparıcının erməni porno ulduz Kim Kardaşyanın ögey bacısı, amerikalı model-dizayner Kayli Cenner haqqında xəbəri oxuması olub.
Belə ki, Con “Artıq bu ailə haqqında danışmaq istəmirəm. Kardaşyanlar haqqında xəbər eşitməkdən bezdim. Verilişdə hər lənətə gəlmiş gün bu ailədən danışırıq. Kardaşyanlar heç kimin vecinə deyil. Bunun özü belə xəbər yükü daşımır. Bəsdir!”, - deyə etirazını bildirib. Əvvəlcə studiyanı tərk edən aparıcı daha sonra qayıdaraq tamaşaçılara xoş həftə sonu arzulayıb.
Qeyd edək ki, digər aparıcı Kayli Cennerin aldığı yeni dovşana “Brus” adı qoymasından bəhs edirdi.