Müğənni Niyam Salami “Qonağam yaşadığım şəhərdə” adlı yeni mahnısını təqdim edib.
Axşam.az-ın məlumatına görə, bəstənin sözləri və musiqisi Fidan Süleymanovaya məxsusdur.
Şou-biznesin qalmaqallarından uzaq olduğunu deyən ifaçı yalnız mahnıları ilə gündəmə gələcəyini söyləyib:
"Hər zaman dedi-qodulardan uzaq olmağa çalışıram. Yeni mövsüm başlamazdan əvvəl lirik bir mahnımı təqdim etmək istədim. Bu tip mahnıları əsasən soyuq havalarda oxuyurlar. Mən dəyişiklik etdim. Yeni işimin də seviləcəyinə əminəm".