Sosial şəbəkələr uşaqlar üçün nə dərəcədə təhlükəlidir? - video
Sosial şəbəkələrin uşaqlar üçün təhlükəsi getdikcə artır.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, xüsusilə azyaşlılar və yeniyetmələr hər gün ciddi təhlükələrlə üz-üzədirlər.
Bunu valideynlərə nümayiş etdirmək üçün yeni bir sosial layihə hazırlanıb. “Facebook”da fərqli bir şəkillə saxta profil yaradan layihə iştirakçısı 13-16 yaş arası qızlarla tanış olur və onları görüşə dəvət edir.
Daha sonra isə o, yeniyetmələrin valideynləri ilə görüşərək gizli kameralarla olanları lentə alır.
Məqsəd isə gənclərə sosial şəbəkədəki kimi insanlarla qarşılaşmaya biləcəklərini göstərmək və pedofil, narkoman, insan alverçilərinin qurbanına çevrilmək ehtimalının olduğunu onlara başa salmaqdır.