"Bunun üçün çox pul lazımdır" - Aysel

"Bunun üçün çox pul lazımdır" -  Aysel
3704 dəfə oxunub
  • A-
  • A
  • A+
"Türkiyənin şou-biznesinə qoşulmaq niyyətim yoxdu. Öz ölkəmdə tanınmaq bəsimdir".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Aysel Əlizadə deyib. Kliplərini türkiyəli rejissorlara çəkdirən sənətçi haqqında yayılan söz-söhbətlərə son qoyub:

“Əgər kliplərimi qardaş ölkədə çəkdirirəmsə, bu oranın şou-biznesinə yaxınlaşmaq üçün deyil. Orada etdiyim hər şey ölkəm üçündür. Türkiyədə tanınmaq çətindir. Gərək buradakı bütün işlərini atıb, gedib orada sıfırdan başlayasan. Ən önəmlisi isə maddi durum çox yaxşı olmalıdır. Çünki orada tanınmaq üçün çox pul lazımdır. Az məbləğlə reklama başlamaq mümkün deyil”.

Yeniliklərindən söz açan ifaçı "Türkiyədə böyük layihələr etmişəm. Payızda Azərbaycandakı sevənlərimin ixtiyarına verəcəm" deyə, əlavə edib.