"Qanlı Yanvar" filmi beynəlxalq mükafata layiq görüldü

"Qanlı Yanvar" filmi beynəlxalq mükafata layiq görüldü
1175 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan xalqının azadlıq mübarizəsinin, onilliklər boyu gizlədilən tarixi həqiqətlərini dünyaya çatdırılması baxımından böyük əhəmiyyətə malik olan "Qanlı Yanvar" filminin 39-cu Monreal Dünya Film Festivalında nümayişi uğurla baş tutub.

Axşam.az "Anspress"ə istinadla xəbər verir ki, filmin nümayiş premyerasında festivalın prezidenti Serxio Lis, kommunikasiya direktoru Henri Vels və digər nümayəndələr də iştirak edib.

Rejissor Vahid Mustafayevin şahidi olduğu faktlar əsasında çəkdiyi "Qanlı Yanvar" filmi nümayişdən sonra mükafata layiq görülüb.

Diplom festival prezidenti Serxio Lis tərəfindən kinorejissor Vahid Mustafayevə təqdim edilib.

Serxio Lis uzaq bir ölkədən gələn hansısa bir filmin onların ölkəsində nümayiş etdirilməsini nadir hal kimi qiymətləndirib. O, Azərbaycanı böyük mədəni irsə və tarixə malik olan bir ölkə kimi tanıdığını dilə gətirərək, gələcəkdə bu cür filmlərin nümayişinə daha çox yer verəcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki, 65-dən çox ölkənin qatıldığı film festivalında Azərbaycanı "Qanlı Yanvar" filmi təmsil edib.