Dünyada nadir xəstəlikdən - ürəyin tərs olmasından əziyyət çəkən iki nəfərdən biri, Kirsi Hovard dünyasını dəyişib.
Axşam.az-ın "Dailymail"ə istinadən məlumatına görə, həkimlər qıza 4 yaşında olarkən bir neçə həftə sonra öləcəyini desə də, o, 20 yaşında vəfat edib.
Kirsti xeyriyyə məqsədi ilə bir çox məşhurla görüşərək onları Mançesterdəki uşaq xəstəxanası üçün xeyriyyə tədbirinə cəlb edib.
O, 2002-ci ildə ingiltərəli futbolçu Devid Bekhemi Dünya Çempionatının seçmə oyunlarında qələbə qolu vurmaq üçün ruhlandırıb. Qızcığaz Böyük Britaniya kraliçası Yelizaveta, şahzadə Çarlz, baş nazir Toni Bleyer və həyat yoldaşı Samanta, "Boyzone" qrupunun məşhur üzvü Ronan Kitonla da görüşüb. K.Hovard tez-tez tanınmışlarla görüşdüyü üçün onların sevimlisinə çevrilmişdi.