Nyu-Yorkda yaşayan Felimina Rotundonun 100 yaşı olsa da, o, bir çoxları üçün əsl nümunədir.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yaşlı qadın həftənin 6 günü 11 saat işdə olur. O, səhər 7-də durub işə gedir. "College Laundry Shoppe" çamaşırxanasında işləyən Felimina axşam saat 7-yə qədər mağazada olur.
Feliminanın sözlərinə görə, insanın əgər sağlamlığı imkan verirsə, təqaüdə çıxdıqdan sonra da işləməlidir.