Təranənin ad günündə nələr baş verdi? - fotolar

Təranənin ad günündə nələr baş verdi? -  fotolar
8708 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Təranə Səmədovanın ad günü olub.

Axşam.az-ın məlumatına görə, 31 yaşını qeyd edən prodüser özəl gününü yaxınları, dostları ilə birlikdə qeyd edib.

Təəssüratlarını bölüşən T.Səmədova onu tək qoymayanlara təşəkkür edib:

“Ürəyimcə bir gün oldu. İlk təbriki qızım Sueldən aldım. Evdə yox idim, gecə 12-i olan kimi mənə zəng etdi və “Happy birthday” oxudu. Çoxlu hədiyyələr aldım. Dostlarımın verdiyi hər şey mənim üçün özəldir. Ad günümdə bu qədər insanın başıma yığışması xoşbəxtlikdir. Yaşımı heç vaxt gizlətmirəm. 31 yaşım tamam oldu. Hər il qazandığım hörmətin çoxluğunun fərqinə varıram”.

Foto: Ramin ASLANOV