Bir vaxtlar Türkiyənin ən məşhur aparıcılarından olan Esra Ceyhan illər sonra ortaya çıxıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 17 il müxtəlif telekanallarda çalışan, "Esra Ceyhanla A-dan Z-ye" proqramını təqdim edən 46 yaşlı keçmiş aparıcının yeni fotoları yayılıb.
Uzun müddətdən sonra ana olan Esra bu günlərdə 9 yaşı olan qızının doğum günündə görünüb. Hədsiz dərəcədə kökələrək tanınmaz hala düşən aparıcını tanımaq çətin olub.