Müğənni Beyons rəfiqəsi və həmkarı Siaranın ad günündə iştirak edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 30 yaşını qeyd edən Siaranın doğum günü Hellouin ərəfəsinə təsadüf etdiyi üçün məşhurlar məkana müxtəlif obrazların kostyumunda gəliblər.
Səbəbkarın özünün "Pişik qadın" olduğu partiyə Beyons "X-Men" filminin qəhrəmanlarından birinin obrazında qatılıb.