Aktyor Ben Afflek və aktrisa Cennifer Qarner yenidən paparassilərin obyektivinə düşüblər.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Cennifer ərzaqları alıb, Ben isə onları avtomobilə daşıyıb.
B.Afflekin dayə ilə xəyanətinə görə boşanacağı deyilən cütlük son zamanlar aralarındakı problemi həll edirlər. Hətta ailə psixoloqunun yanına gedən ikili hazırda bir yerdə yaşayır. İddialara görə, 10 ildir evli olan ulduzlar sadəcə boşanmalarını sakitcə həll etmək üçün gözdən pərdə asırlar.