Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli opera müğənniləri, xalq artistləri Fidan və Xuraman Qasımova bacıları “Sizinlə bu axşam Fidan və Xuraman” adlı geniş konsert proqramı ilə çıxış ediblər.
Axşam.az xəbər verir ki, anşlaqla keçən konserti dirijor, xalq artisti Teymur Göyçayevin bədii rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Fidan və Xuraman Qasımova bacılarının Azərbaycan musiqi mədəniyyətinin və vokal ifaçılıq sənətinin formalaşmasındakı xidmətlərindən söz açıb.
Daha sonra Fidan və Xuraman bacıları qonaqları salamlayaraq belə bir gündə onlara dəstək olduqları üçün minnətdarlıqlarını bildiriblər.
Həmçinin konsertdə xalq artisti Alim Qasımov, tanınmış caz ifaçısı Emil Əfrasiyab müxtəlif ifalarla çıxış ediblər. (AzərTac)