Bakıda yeni "Naxış fashion house and design group" fəaliyyətə başlayıb.
Axşam.az-ın məlumatına görə, xanımların sevimli məkanına çevrilməyə iddialı olan moda evində hər kəs ürəyincə xidmətlə qarşılaşacaq. Türkiyədən gətirilən özəl parçalarla hazırlanacaq libaslar hər bir qadının zövqünü oxşayacaq. Dizayner Gülşən Dadaşovanın hazırlayacağı maraqlı, ən son dəbə uyğun eskizlər gedəcəyiniz məclislərdə fərqli görünməyinizə yardımçı olacaq.
G.Dadaşova yaradıcı və özəl ideyalara sahib olduğunu bildirib:
"Hər bir müştəri bizim üçün önəmlidir. Xanımlara libas tikərkən onların xarakterini də nəzərə alırıq. Libas insanın xarakterinə uyğun olmalıdır".
"Naxış fashion house and design group" eyni zamanda dizayn işləri ilə də məşğuldur. Toy, xına, ad günü mərasimlərinizi unudulmaz etmək, dəbdəbəli keçirmək üçün şirkətin peşəkar işçi heyətinə etibar edə bilərsiniz. Burada eyni zamanda xonçaların bəzədilməsi xidməti də var.