Aktrisa Sofiya Verqara və aktyor Co Manqanellinin bazar günü nikahlarını rəsmiləşdiriblər.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Floridada "Breakers Resort" turist məkanında keçirilən mərasimdə 400 nəfərdən çox qonaq iştirak edib.
43 yaşlı Sofiya özündən 5 yaş kiçik Co ilə toyunda "Zuhair Murad Couture"ya məxsus olan gəlinlik libasını geyinib.
Qeyd edək ki, bu, bir uşaq anası olan aktrisanın ikinci evliliyidir.