"Güneşin Kızları"nın aktyoru sevgilisi ilə ilk dəfə - fotolar
Dünya
14:42 / 23.11.15
9655dəfə oxunub
A-
A
A+
"Güneşin Kızları" serialının "Savaş"ı Berk Atan sevgilisi ilə ilk dəfə görünüb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, fotokameralar işə düşən kimi Berk avtomobilinə qaçaraq gizlənməyə çalışıb. Buna əsəbiləşən sevgilisi isə "Bəsdir, bizi saldığın vəziyyətə bax. Mən getmək istəyirəm" deyib.
Gənc aktyor daha sonra sevgilisini sakitləşdirərək müxbirlərdən fotoların çəkilməməsini xahiş edib:
"Münasibətimiz yenidir, ailələr bilmir. Qızı deyil, sadəcə məni çəkin".