Aktyor özündən 34 il balaca sevgilisi ilə - fotolar

Aktyor özündən 34 il balaca sevgilisi ilə - fotolar
1913 dəfə oxunub
  • A-
  • A
  • A+

İki il əvvəl həyat yoldaşı ilə yollarını ayırmaq istədiyini deyən aktyor Riçard Gir bir müddətdir ki, gənc sevgilisi Aleksandra Silva ilə birgədir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu yaxınlarda onlar 66 yaşlı Riçardın iştirak etdiyi filmin təqdimatına qatılıblar. Sevgili olmalarından hələ bir il ötməsə də, cütlük münasibətlərini gizlətmədən hər yerə birgə qatılırlar.

Yay aylarında isə onlar İtaliyanın Kapri adasında istirahət edərkən görüntülənmişdilər.

Qeyd edək ki, 32 yaşlı Aleksandra ispan iş adamı İqnasio Silvanın qızıdır. Onun ilk evliliyindən Albert adlı bir oğlu var.

Riçard Girin isə Karey Louellə 11 illik nikahından bir oğlu dünyaya gəlib. Cütlüyün boşanma prosesi hələ də davam edir.