ATV-nin aparıcısı Şəhriyar Əbilov saçlarını kürən rəngə boyayıb.
Axşam.az-a açıqlama verən aparıcı bunun səbəblərini açıqlayıb:
“Saçlarımı rol aldığım “Aktyor” filmi üçün bu rəngə boyadım. Hər zaman komik obrazlarda olmuşam. Bu dəfə tamaşaçı məni dramatik bir rolda görəcək. Bu mənim həyatımda böyük dəyişiklik olacaq. Obrazım çox çətindir”.
Ş.Əbilov yeni moda evi açacağını da bildirib:
“İşimdə yeniliklər olacaq. İki-üç aydan sonra "Abilov" adında moda evi açacam".
Foto: Ramin ASLANOV