İrina Şeyk və Bredli Kuper ilk dəfə tədbirdə - fotolar

İrina Şeyk və Bredli Kuper ilk dəfə tədbirdə - fotolar
2208 dəfə oxunub
  • A-
  • A
  • A+
Yarım ildir sevgili olan İrina Şeyk və Bredli Kuper tez-tez paparassilərin obyektivinə düşsələr də, heç zaman hansısa tədbirə qatılıb media qarşısına çıxmamışdılar.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlük bugünlərdə qadınlara zorakılığa qarşı təşkil edilmiş qonaqlığa birgə gələrək hər kəsi təəccübləndiriblər. Onlar qonaqlığın təşkilatçısı, aktrisa Salma Hayek və iş adamı həyat yoldaşı Fransua-Anri Pinonun dəvətini yerə salmayıblar.

Hollivud ulduzu model sevgilisi ilə qırmızı xalça üzərindən addımlayaraq fotokameralar qarşısına keçib.