"Qaraca qız" filminin qəhrəmanları illər sonra bir arada - fotolar
Xəbər
11:30 / 26.11.15
3986dəfə oxunub
A-
A
A+
"Qaraca qız" filminin qəhrəmanları, filmdə Tutu rolunu oynayan Sevil Zeynalova və Xədicə rolunun ifaçısı Leyli Axundova illər sonra bir araya gəliblər.
Axşam.az xəbər verir ki, bu haqda Leyli Axundova Milli.Az-a danışıb:
"Biz məktəblilər üçün yenidən bir araya gəldik. Süleyman Sani Axundovun 140 illik yubileyi münasibətilə məktəblilərlə görüş keçirilirdi. Bizi də bu tədbirə dəvət etmişdilər. Sevili görəndə çox sevindim, çünki uzun illərdir görüşə bilmirdik. Tədbirdə məktəblilərlə birlikdə "Qaraca qız" əsərini də müzakirə etdik. Uşaqlar bizi gördüklərinə görə çox sevinmişdilər. Bizlə şəkil çəkdirib, suallar verirdilər".