Oksanadan subay qızlara məsləhət - fotolar

Oksanadan subay qızlara məsləhət -  fotolar
5912 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Oksana Rəsulova fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.

Axşam.az-ın məlumatına görə, sənətçi "Ondan sonra" verilişində haqqında yayılan şayiələrə də cavab verib:

“Deyirlər ki, “Mən bədbəxtəm, ailə həyatım alınmayıb”. Yalandır, çox xoşbəxtəm. Atam-anam, ailəm sağ-salamatdır, yanımdadır. Karyeram yerindədir. Vaxtında şəxsi həyatımda yanıldım. İndi onu kənara qoymuşam, ancaq işimlə məşğul oluram. Həyat təcrübəm az olduğu üçün səhvlər etmişəm. Qızlara demək istəyirəm ki, “Ən yaxın rəfiqəniz ananızdır. O nə desə, qulaq asın”. Vaxtında anamın sözünə qulaq asmadığım üçün indi qışqıra-qışqıra qalmışam”.

Foto: Ramin ASLANOV