Əməkdar artist Dilarə Əliyeva bəstəkar Aygün Səmədzadənin yaradıcılıq gecəsinə həyat yoldaşı, “Soy production”ın rəhbəri Oqtay Əliyevlə birlikdə qatılıb.
Axşam.az-a açıqlama verən aktrisa gecədə Elton Hüseynəliyevin səsləndirdiyi mahnının onu kövrəltdiyini etiraf edib:
“Bir az kövrək insanam. Gözəl sənət də məni duyğulandıra bilər”.
Foto: Ramin ASLANOV