7 uşaq atası cinsini dəyişib "balaca qız oldu" - foto+video

7 uşaq atası cinsini dəyişib "balaca qız oldu" - foto+video
3640 dəfə oxunub
  • A-
  • A
  • A+

23 ildir ailəli olan Stefonni Uolşt 7 uşaq atası olduqdan sonra cinsini dəyişərək 6 yaşlı qız kimi yaşamağa, hiss etməyə başlayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Kanadada yaşayan Stefonninin cinsini dəyişmədən əvvəl adı Pol olub. O, bu barədə uzun illər düşünüb. Evləndikdən sonra da həyat yoldaşı onun qəribə arzularına əhəmiyyət verməyərək Polun qadın paltarı geyinməsinə normal yanaşıb və onu dəstəkləyib. Lakin cinsini dəyişmək istədiyini deyəndə həyat yoldaşı Mari buna etiraz edib.

Bu səbəbdən də ailəsini və uşaqlarını tərk edən Stefonni onu "övladlığa" götürən və 6 yaşlı qız kimi qəbul edən ailəylə yaşayır. O, qoca cütlüyün 7 yaşlı nəvəsi ilə oynayır, onun etdiklərini təkrarlayır.

Stefonni bir neçə dəfə intihara cəhd edib. Birinci dəfə hormonal terapeyadan sonra özünü öldürmək istəyib. İkinci dəfə - qızının toyu ərəfəsində onu nikah masasına dəvət edəndə o, kişi kostyumunu geyinməkdən imtina edərkən.