Əkiz bacılar Gülayla küsülü imiş - fotolar

Əkiz bacılar Gülayla küsülü imiş -  fotolar
9044 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənnilər Sevil və Sevinc bacıları həmkarları Gülay Zeynallı ilə küsülü imiş.

Bu haqda bacılar Axşam.az-a açıqlamasında danışıblar. Onlar sənətçi ilə 3 ay danışmadıqlarını etiraf ediblər:

“Düz 3 ay bir-birimizlə küsülü qaldıq. Aramızda heç bir söz-söhbət olmayıb. Sadəcə, tədbirlərdə olanda bir-birimizə sifət edib üzümüzü çevirirdik, salamlaşmırdıq. Bunu heç efirdə də deməmişdik. Küsülülükləri efirdə nümayiş etdirməyi lazımsız bilirik. İndi barışmışıq, münasibətlərimiz yaxşıdır”.

Yeniliklərindən danışan bacılar 2016-cı ildə maraqlı layihələr hazırlayacaqlarını bildiriblər:

"Elvin Mehmanlıya məxsus "Məndən ötrü" adlı yeni mahnı oxumuşuq. 2016-cı ilin ilk mahnısı və klipi olacaq. Yanvarın 4-də təqdimat edəcəyik. Bir də yeni veriliş hazırlamaq istəyirik".

Foto: Ramin ASLANOV