Müğənni Samira Allahverdi, Zamiq Hüseynov və Ayaz Qasımov trio oxuyub.
Axşam.az-ın məlumatına görə, “Yeni il” adlanan mahnının sözləri İsmayıl Dadaşova, musiqisi Nigar Qarayevaya məxsusdur. S.Allahverdi mahnıya klip çəkdirdiklərini də bildirib:
“Ekran işinin çəkilişləri “Azneft” dairəsində və Dağüstü parkda aparılıb. Birlikdə duet oxumaq təklifi AzTV rəhbərliyi tərəfindən gəldi. Ola bilsin ki, gələcəkdə də bir araya gəlib, trio oxuyaq. İstedadlı insanlarla işləmək xoşdur”.