TRT ekranlarında yayımlanan "Diriliş Ertuğrul"un aktyor heyəti Ərzurumda film festivalına qatılıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatıan görə, serialın rejissoru Metin Günay, ssenarist Mehmet Bozdağ, Ertuğrul obrazını canlandıran Engin Altan Düzyatan böyük fanat kütləsi ilə qarşılaşıblar.
Minlərlə adamın arasında baş verən çaxnaşma nəticəsində əzilən və huşunu itirənlər olub. Mühafizə xidməti iki saat davam edən görüşdən sonra serial heyətini arxa qapıdan çıxarıb.
