Sosial şəbəkədə yeni xeyriyyə kampaniyası başlayıb.
Axşam.az-ın məlumatına görə, yardım məqsədi ilə çəkilən rolikdə rəqqasə Oksana Rasulova, xanəndə Alim Qasımov, müğənnilər Eldar Qasımov, İlqar Muradov, Samirə Allahverdi, aparıcı Günay Malikqızı, futbolçu Maksim Medvedev və başqaları iştirak edib.
"Paylaş" adlanan layihənin məqsədi Novruz bayramı ərəfəsində ehtiyacı olanları geyimlə təmin etməkdir.


