“Türk kinosunun Sultanı” Türkan Şoray fəxri doktor adına layiq görülüb. Axşam.az “Posta”ya istinadən xəbər verir ki, onu bu adla Beykent Universiteti təltif edib. T.Şoray doktorluq dərəcəsinin təqdimetmə mərasiminə qızı Yağmur Ünalla birlikdə qatılıb. Alqışlarla qarşılanan aktrisa “Fəxri doktor” titulunu aldıqdan sonra kürsüyə çıxaraq nitq söyləyib. Ankara terroruna toxunan T.Şoray “Çox çətin günlər keçiririk. Məsum insanları itirdik. Artıq sevgiylə, qardaşlıq duyğularıyla birləşməliyik” deyib.
Aldığı titula görə universitet rəhbərliyinə təşəkkürünü bildirən Türkan aktrisa olduğu üçün qürur duyduğunu bildirib:
“Kino həyatımı gözəlləşdirdi. Yaxşı ki aktrisa olmuşam. 50 illimi bu sahəyə ayırmışam”. Türkan Şoray doktorluq mantiyasını geyindikdən sonra rol aldığı filmlərdə istifadə olunann geyimlər və afişaların toplandığı sərgi ilə də tanış olub.