Məşhur "Simit Sarayı" artıq Bakıda - fotolar

Məşhur "Simit Sarayı" artıq Bakıda - fotolar
9828 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin "Simit Sarayı" şirniyyat mağazası və kafesi şəbəkəsinin Bakıda şöbəsi açılıb.

2002-ci ildən fəaliyyət göstərən "Simit Sarayı" Türkiyə ilə bərabər, dünyanın dörd bir tərəfinə yayılıb. Şirkət, 10.000 işçisi ilə Türkiyədə və dünyada hər gün 650.000-ə yaxın müştəriyə xidmət göstərir.

"Simit Sarayı" öz simitləri ilə məşhurdur. "Simit Sarayı" təkcə Türkiyənin deyil, dünyanın da böyüyən markası olma yolunda inamla irəliləyir.

Günün hər saatı isti və təzə məhsullarını təqdim edən "Simit Sarayı" artıq Bakıda fəaliyyət göstərəcək. "Simit Sarayı" gözəl xidmət, xoş ab-hava, komfortlu dizayn, zəngin menyusu və uyğun qiymətləri ilə sizlərə xidmət edəcək. "Simit Sarayı"nda sadəcə simit deyil, ağla gələbiləcək bir çox ləzzət var - sandviçlər, simit burgerlər, izqara köftə, simit pizzalar, səhər yeməkləri, kiçik-kiçik paketlənmiş dadlar, əvəzolunmaz dondurmalar, çıtır hotdoq, pendirli, şüyüdlü poğaça, şirniyyatlar, tortlar... Bu ləzzətləri saymaqla bitməz.

"Simit Sarayı"na boş-boşuna dünya markası deməyiblər, çünki Hollandiya, İngiltərə, Almaniya, ABŞ-dan sonra indi də Azərbaycanda xidmət göstərəcək.

Ünvan: Nizami küç,83.
İnstaqram : @simitsarayibaku
Facebook : https://www.facebook.com/Simit-Sarayi-Baku-820755631383254/?fref=ts