Müğənni Bengü yaxın dostu Engin Özmenlə şam edərkən görüntülənib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, paparassiləri görən ifaçı şam etdikləri məkandan çıxaraq “Səhv başa düşülməsin, biz dostuq” deyib:
“Dostum Enginlə yemək yeyək dedik, sonra siz gəldiniz. Türkiyənin vəziyyəti məlumdur, günə təşvişlə başlayırıq. Birazdan evə gedəcəyik”.
Bengü jurnalistlərin “Yanınızdakı bəyin sevgiliniz olduğunu düşündük” sözlərinə belə cavab verib:
“Kaş sevgilim olaydı. Belə bir şey olsa, niyə gizlədim ki? Bu qapıdan əl-ələ çıxardım. Səhv başa düşmüsünüz”.