Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində baş tutan məclisə sənət aləminin tanınmış simaları qatılıb.
Aparıcılığını Saleh Bağırovun etdiyi gecədə İ.İbadova çıxış edərək qonaqları salamlayıb və həyəcanlı olduğunu deyib. Xoş gününə seçilən dostlarını çağırdığını bildirən müğənni onu tək qoymayanlara təşəkkür edib.
Maraqlı anlarla yadda qalan gecədə şou əhli rəqsləri ilə də diqqət çəkib.