Aygün Kazımovadan bayram təbriki

Aygün Kazımovadan bayram təbriki
1736 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova Novruz bayramı münasibətilə sevənlərini və media nümayəndələrini təbrik edib.

Axşam.az müğənninin təbrikini olduğu kimi təqdim edir:

“Sizi milli adət-ənənələrlə zəngin olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, can sağlığı və səadət arzulayıram. Qələminiz hər zaman iti, sözünüz kəsərli olsun.

Bu ərəfədə mən bəzi jurnalistlərin qeyri-peşəkarlığı üzündən xoş olmayan xəbərlərlə üzləşdim. Arzu edirəm ki, işinizdə peşəkarlığı, araşdırmaçılığı üstün tutasınız və qələminizdən yoxlanılmamış xəbərlər çıxmasın.

Ən böyük arzum isə odur ki, qələminizdən “Novruz şənliyi Qarabağda” adlı xəbər çıxsın.

Novruz bayramınız mübarək olsun!”.