Xatun küsülü olduğu rəqqasə ilə barışdı - fotolar

Xatun küsülü olduğu rəqqasə ilə barışdı -  fotolar
3377 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatun Əliyeva ilə rəqqasə Fatimə Fətəliyeva barışıb.

Axşam.az-ın məlumatına görə, Xatun bir müddət əvvəl rəqqasəni parodiya etmiş, qarşı tərəf isə onu bəyənməmişdi.

Müğənni açıqlama verərək, aralarındakı incikliyə son qoyduqlarını bildirib:

“Bayram ərəfəsidir, istəmərəm Fatimə ilə aramızda küsülülük olsun. Onunla toylarda üz-üzə gəlmişik, onu izləmişəm. Məndə də rəqs etmək qabiliyyəti var. Ona görə də onu parodiya etdim. İnanmıram ki, məndən küsə. Fatimə çox mehriban və sülhsevər insandır. Ona qarşı həmişə haqsızlıq edilir. O, istəyir ki, hamıyla mehribançılıq olsun. O da, mən də zəhmetkeş insanlarıq. Milli geyimdə özümü ona oxşatdım və rəqs etdim. Fatimə məndən incidi, aparıcı Lamiyə Ələkbərova da bizi barışdırdı. Mən parodiyada tam Fatiməni təkrarlaya bilmərəm. Bəzi halları ona oxşada bildim. Mən istəmirdim Fatimə ağlasın”.

F.Fətəliyeva milli rəqsdə bütün ifaçılara kömək etdiyini bildirib:

“Novruz gələndə şou-biznesə kömək edirəm. Heç vaxt kiməsə yox demirəm. Elə Xatunun özü də istəsə, ona milli rəqs öyrədərəm. Bir dəfə belə hadisə olmuşdu, onda incimişdim. Həmin məsələdə mən günahkar idim, boynuma alıram. Mən onunla danışmayanda da anam ondan ötrü ölürdü, oğlum Xatunun "Qayınana" mahnısını əzbərdən oxuyur. Mən bir az tez inciyənəm. Tez küsüb, başlayıram ağlamağa. Bu aləmdə ara vuran insanlar var, bilmirəm bunula nə etmək istəyirlər. Bu yaxınlarda eşitmişəm ki, Lamiyə xanıma zəng vurub deyiblər ki, mən onun maşınını vurmuşam. Lamiyə mənim böyük bacımdır".

Foto: Ramin ASLANOV