Dopinq qalmaqalından sonra Şarapova istirahətə yollandı - fotolar
Xəbər
20:39 / 28.03.16
2522dəfə oxunub
A-
A
A+
Dünya şöhrətli raketka ustası Mariya Şarapova dopinq qalmaqalından sonra Meksikaya dincəlməyə yollanıb.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bütün turnirlərdən məhrum edilən və müqavilələrinə xitam verilən Mariyanın hətta BMT-nin xoşməramlı səfiri statusu da əlindən alınmışdı. Tennisçi depressiyadan çıxmaq üçün dostları ilə Los-Kabos adasına yollanıb.
Günəş vannası qəbul edən M.Şarapova aparıcı Çelsi Hendler və stilist Adir Abirqellə dincəlir.