Barbadoslu müğənni Rihanna “Anti” albomunun tanıtımı məqsədilə dünya turnesinə çıxıb.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, ifaçı ilk solo konsertini Bruklində verib. Rihannanın konsertində İrina Şeyk, Naomi Kempbell, Ceyden Smit, Con Mayer kimi dünya ulduzları iştirak ediblər. Rihanna turneyə martın 12-də Ceksonvilldə start verib.
Yazın sonunadək müğənni ABŞ və Kanadada konsertlər verməyə davam edəcək. Rihanna 15-dən çox ölkədə konsert verəcək.