Cennifer Lopes Ayselin butikində bu qədər xərclədi - fotolar

Cennifer Lopes Ayselin butikində bu qədər xərclədi -  fotolar
13565 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən həftə Rusiyada toy məclisinə gələn dünya ulduzu Cennifer Lopes azərbaycanlı iş qadını Aysel Trudelin geyim mağazasına da baş çəkib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qarderobunu yeniləyən müğənni “Aizel” butikindən müxtəlif geyimlər alıb. Belə ki, Cey Lo “Veronique Branquinho” və “No.21” brendlərinin libasını, “Emm Kuo”dan çanta, “Anthony Vaccarello”dan ətək, “Nina Ricci”dən palto, “Michael Kors” şalvar və “Marc Jacobs”dan kofta alıb.

Bütün bunlara ifaçı 2,5 milyon rubl (57 250 manat) ödəyib.

Qeyd edək ki, Rusiyada yaşayan Aysel məşhur butikin sahibidir. O, dünyanın ən məşhur markalarının Moskvaya gətirilməsi ilə məşğul olur.