Aşıq Əli Amerikada - fotolar

Aşıq Əli Amerikada -  fotolar
1354 dəfə oxunub
  • A-
  • A
  • A+
Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında Beynəlxalq Türk Mədəniyyətləri Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Beynəlxalq Novruz Günü münasibətiylə daha bir konsert proqramı təşkil edilib.

Axşam.az xəbər verir ki, Ankara və İstanbuldan başlayan türkdilli ölkələrin musiqiçilərinin bayram konserti coşqu ilə keçib.

Bu barədə Azərbaycanı təmsil edən aşıq Əli Tapdıqoğlu məlumat verib. Onunla birlikdə səhnəni “Çəngi” estrada folklor ansamblı paylaşıb. Aşıq bildirib ki, növbəti konsert bu gün Nyu-Yorkdakı ali təhsil ocaqlarından birində baş tutacaq. Aprelin 1-də isə heyət Vaşinqtonda keçirilən bayram konsertində çıxış edəcəklər.

Qeyd edək ki, azərbaycanlı musiqiçilər Azərbaycan Mədəniyyət və Turzim Nazirliyinin xətti ilə bayram konsertlərində təmsil olunurlar.

Azərbaycanla yanaşı konsertlərdə Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Qaqauziya, Bosniya-Hersoqovina, Monqolustan, Makedoniya, Türkmənistandan olan musiqiçilər çıxış ediblər.